Biznes analitikası (BI)
Satış, maliyyə, anbar və müştəri göstəricilərini vahid BI dashboard-da toplayırıq. Rəhbərlik bir ekrandan bütün biznesi izləyir.
Metric Analytics - Bakıda yerləşən analitika şirkətidir. Data analitikası, biznes analitikası, BI dashboard və hesabat həlləri ilə şirkətlərə data əsaslı qərar verməyə kömək edirik.
Data toplanmasından proqnozlaşdırmaya qədər bütün analitika zəncirini əhatə edirik.
Satış, maliyyə, anbar və müştəri göstəricilərini vahid BI dashboard-da toplayırıq. Rəhbərlik bir ekrandan bütün biznesi izləyir.
Xam datanı təmizləyir, strukturlaşdırır və biznes suallarına cavab verən analitik modellərə çeviririk.
Gündəlik, həftəlik və aylıq hesabatlar avtomatlaşır - manual Excel işi aradan qalxır.
Metric AI tələb proqnozu, müştəri davranışı və trend analizi ilə gələcək ssenariləri hesablayır.
Metric Fraud əməliyyatlardakı anomaliyaları aşkarlayır və itkilərin qarşısını əvvəlcədən alır.
Şirkət, şöbə və işçi səviyyəsində KPI-lar təyin olunur, icra real vaxtda izlənir.
Komandamız pərakəndə, maliyyə, istehsal və xidmət sektorlarında data layihələri həyata keçirib. Hər layihədə eyni prinsipi izləyirik: əvvəlcə biznes sualını müəyyən edirik, sonra data arxitekturasını qururuq və yalnız bundan sonra dashboard hazırlayırıq. Nəticədə hesabat yalnız gözəl görünmür - qərar verməyə xidmət edir.
Metric BI, Metric Alert, Metric AI və Metric Fraud modulları bir-birini tamamlayır: göstəriciləri izləyir, sapmaları bildirir, gələcəyi proqnozlaşdırır və riskləri aşkarlayır.